Ermənistanda 937 nəfər virusa yoluxub - 9 ölü

Ermənistanda koronavirusa yoluxma halı 937 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və profilaktika mərkəzi məlumat yayıb. Belə ki, aprelin 9-da infeksiyaya yoluxma halı 921, ölənlərin sayı isə 9 nəfər olub.

Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət fəaliyyət göstərir. Aprelin 1-dən isə fövqəladə hal rejimi ilə bağlı daha sərt ölçülər götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə