Boris Conson mayın 10-dan tez işə çıxmayacaq Sky News

Sky News-in Britaniyanın nazirlər kabinetindəki mənbələri hesab edirlər ki, ölkənin siyasi lideri Boris Conson baş nazir vəzifəsinə mayın 10-dan tez çıxmayacaq. SİA xəbər verir ki, Conson mayın 10-dan tez işə çıxmayacaq.

Hökumət başçısında koronavirusa yoluxma müəyyən olunduqdan sonra o xəstəxanaya aparılıb və sonradan reanimasiyaya yerləşdirilib. Həkimlər Consinun vəziyyətini stabilləşdiriblər və o dünən intensiv terapiyanın ardınca palataya köçürülüb.

Qeyd edək ki, baş nazir vəzifəsini müvəqqəti icra edən hazırda xarici işlər naziri Dominik Raabdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə