Heydər Əliyev Mərkəzindən Rusiya Federasiyasına həmrəylik nümayişi

Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub.

SİA xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...