Samux rayonunda 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hesabat müşavirəsində çıxış edən rayon İcra Hakimiyətinin başçısı Vilyam Hacıyev cari ilin birinci rübü ərzində rayonda əldə olunan nəticələrə nəzər salıb.
İcra başçısı bildirib ki, 2011-ci ildə rayonda ümumi daxili məhsulun həcmi artaraq 13.8 mln manat olub. Bu dövr ərzində ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2.1, kənd təsərrüfatı məhsullarının istehsalı 4.7, pərakəndə əmtəə dövriyyəsi 12.8, pullu xidmətlərin həcmi 3.3, əhalinin gəlirləri isə 11.1 mln manat təşkil edib.
Hesabat dövründə Samuxda 414 yeni iş yeri yaradılıb ki, onlardan 216-sı daimi, 78 iş yeri müvəqqəti, 120-si isə mövsümü işlərdir. Sözügedən zaman kəsiyində rayonda bir sıra dövlət əhəmiyyətli müəssisələr fəaliyyətə başlayıb.
Dövlət proqramına uyğun olaraq rayonda üzümçülük, meyvəçilik sürətlə inkişaf etdirilib. Hazırda rayonda 115 ha üzüm bağı, 1084 ha meyvə bağı salınıb. Ümumilikdə rayonda qəbul edilən dövlət proqramlarının icrası tam yerinə yetirilib. Bu il ərzində bir sıra təhsil müəssisələrinin tikintisi nəzərdə tutulur.
Hesabat müşavirəsinin sonunda qərar layihəsi oxunub və tədbir iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul ounub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB