"Özlərini "Demokratik Qüvvələr"in Milli Şurası adlandıran qurum həm millilikdən, həm də demokratiyadan qat-qat uzaqdadır. 2013-cü ildən, yarandığı gündən bu yana bu "qurum" hər zaman Azərbaycanın milli maraq və mənafelərinin əleyhinə, ziddinə fəaliyyət göstərib. Orada cəmləşmiş bir qrup insan hər zaman milli və dövlətçilik maraqlarını bir kənara tullayıb, öz şəxsi, cılız və dar maraqlarından çıxış ediblər. Onları Azərbaycan xalqı və dövlətinin maraqları deyil, özlərinin maraqları düşündürüb. Hər zaman da kənardan aldıqları təlimatlarla, tapşırıqlarla hərəkət edib, idarə olunublar. Həm kənardan idarə olunduqlarına, təlimatlarla oturub-durduqlarına, həm də Azərbaycanın milli və dövlətçilik maraqlarından uzaqda dayandıqlarına görə, xalq arasında heç bir sosial baza, dayaq qazana, əldə edə bilməyiblər". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva söyləyib.
Deputat bildirib ki, onların işi-gücü 2013-cü ildən bu yana seçkiləri, ümumxalq səsverməni boykot etmək, seçkilərdən sonra da ora-bura donos yazmaqdan ibarət olub. Sosial bazası, gücü, nüfuzu, dayağı olan, özünə güvən heç bir siyasi qurum bu addıma getməz, əksinə, seçkilərə, ümumxalq səsverməsinə qatılar, hüquqi çərçivədə mübarizə aparar, öz sözünü deyər, udsa udar, uduzsa uduzar, məğlubiyyətini, səhvlərini etiraf edər, yenidən toparlanar. Amma Milli Şuradakılar özləri də bilir ki, heç bir nüfuzları, dəstəkləri yoxdur, boykota çağırdıqları halda, özləri boykot edilirlər...Bu "qurum"un bugünlərdə verdiyi bəyanat da millilikdən və demokratiyadan, milli və dövlətçilik maraqlarından nə qədər uzaq olmağın, uzaq dayanmağın daha bir nümunəsi, əyani göstəricisidir. Ölkəmiz, dövlətimiz başda cənab Prezident İlham Əliyev olmaqla, dünyada yaşanan bəlanın-koronavirus pandemiyasının ölkəmizə yayılmasının önlənməsi, qarşısının alınması istiqimətdə nə qədər böyük işlər görür, addımlar atır, hər gün demək olar ki, neçə-neçə qərar, Fərman və Sərəncamlar verilir. Məhz elə bunların nəticəsidir ki, digər, xüsusilə, insanlıq dramı yaşanan bəzi qonşu və inkişaf etmiş Qərb ölkələri ilə müqayisədə itkilərimiz qat-qat azdır, koronavirusa yoluxanların və ölüm sayı çox aşağır. Çox istərdik və arzu edərdik ki, bunlar da, yoluxma və ölüm halları da olmasın.
"Düşünürəm ki, Azərbaycan dövlətinin, dövlət, hökumət rəhbərliyinin iradəsi, qətiyyəti ortadadır və bu, öz əməli, səmərəli nəticəsini göstərir. İnanırıq və qəti əminik ki, biz tezlikdə birlikdə bu sınaqdan, bu imtahandan da alnıaçıq, üzüağ çıxa biləcəyik, bunu da bacaracağıq. Amma bunları görə-görə, bilə-bilə, Milli Şuradakılar yenə özlərini görməzliyə, siyasi karlığa və korluğa vururlar, özlərindən yeni "terminlər" uydururlar, yalan, böhtan, xislətlərinə uyğun olaraq, kin-küdurət, qəzəb püskürürlər. Etsinllər, özlərini biabır edirlər və edəcəklər, daha da miskin duruma düşürlər və düşəcəklər. Onsuz da əvvəlləri yox idi, heç sonları da olmayacaq. Atalar məsəlində də deyildiyi, yel qayadan heç nə aparmayacaq!"- deyə Kamilə Əliyeva əlavə edıb.

Xəbər lenti
DİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57Aktrisa Serenay Sarıkayanın doğum günüdür - FOTOLAR
Şou-Biznes 15:52Türkiyədə zəlzələ olub
Dünya 15:39Milli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib
Siyasət 15:27"Zirə" yeni futbolçu transfer edib
İdman 15:16DİQQƏT: Artıq "Telegram"da bu funksiyalar var
Texnologiya 15:12İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
Siyasət 15:02Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
İqtisadiyyat 14:50Yekaterinburqda daha bir nəfər həbs edilib
Hadisə 14:35Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
İqtisadiyyat 14:33Acun ilk dəfə hakim qarşısına çıxdı
Şou-Biznes 14:30Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
İqtisadiyyat 13:50Qazaxıstanın Baş naziri Xankəndiyə gəlir
Siyasət 13:14Rusiyada 5,2 bal gücündə zəlzələ oldu
Dünya 13:13DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 12:50Sabah hava küləkli olacaq
Sosial 12:38“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb
İqtisadiyyat 12:36“Neftçi” iki yeni futbolçu ilə anlaşıb
İdman 12:35“Qarabağ” Avstriyaya yollandı
İdman 12:26İvan Rakitiç “Zirə” ilə matçlarda oynamayacaq
İdman 12:10Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
Siyasət 12:08Şuşada 6-cı ECO biznes-forumu keçirilir
Sosial 11:16Mirziyoyev Azərbaycana yola düşdü
Siyasət 10:50Ötən gün 2 tondan artıq çətənə kolu məhv edilib
Hadisə 10:43Ziyəddin Səfərov OMON-çuların maşınında ölüb
Hadisə 10:39Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:27Pezeşkianın Azərbaycana gələcəyi təsdiqləndi
Siyasət 10:20Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:37Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
İqtisadiyyat 09:01Defne Samyeli 53 yaşını qeyd edib - FOTOLAR
Şou-Biznes 08:40Özəl xəbərlər
Digər xəbərlərDİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 2,0054
+0,09%
-
GBP 2,3364
+0,02%
-
RUB 2,1663
-0,20%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;