"Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var"

“Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb. Baş Nazir bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında baş nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

O bildirib ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır.

Ə.Əsədov deyib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə