ABŞ-da antirekord rəqəmlər - ölü sayı 1973 nəfər!

ABŞ-da artıq ikinci gündür ki, koronavirusdan ölənlərin sayında artım müşahidə olunur. SİA xəbər verir ki, 8 aprel tarixinin məlumatına görə, bir sutka ərzində 1973 nəfər insan ölüb. Bunu Con Hopkins universitetinin mənbələri də təsdiq edirlər. Bu gün səhər saatlarına olan məlumata görə isə, ABŞ-da 432 min infeksiyaya yoluxma halı qeydə alınıb, 14 817 nəfər ölüb, 23 min 906 nəfər isə sağalıb.

Bundan öncəki antirekord isə aprelin 7-də qeydə alınıb. Sutka ərzində 1,7 min insan ölüb. Buna qədər isə ən yüksək göstərici aprelin 3-ə təsadüf edir. Bu tarixdə 1,4 min insan həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə