Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

SİA Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

XİN başçıları ölkələrində COVID-19 koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə ediblər. Bundan başqa, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə ikitərəfli münasibətlər, KTMT, MDB, Avrasiya İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə