Spiker: “Müxalifətlə görüşən diplomatik korpusun nümayəndələri ictimaiyyətə açıqlama verməlidirlər”
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 20-dək nümayənədəsinin müxalifətin təsis etdiyi İctimai Palata üzvləri ilə görüşünün qeyri-şəffaf keçirilməsini tənqid edib. SİA-nın məlumatına görə, Parlamentin bu günkü iclasında spiker çıxışı zamanı qeyd edib ki, ölkədə aparılan siyasət bəzi qüvvələri qane etmir.
Onun sözlərinə görə, Azərbaycana həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmaqdan mühazirə deyənlər özləri qapalı görüş keçirirlər: "Orada hansı istiqamətdə müzakirələr getdiyini bilən yoxdur. Düzdürlərsə, təmizdirlərsə, ictimaiyyətə açıqlama verməlidirlər".
O. Əsədov əlavə edib ki, prezidentin apardığı müstəqil siyasət bəzilərinin ürəyincə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB