Siyavuş Novruzov: "Avropa ölkələri səfirlərinin görüşdüyü müxalifət nümayəndələrinin təmsil olunduqları partiyalar ölkədə heç bir sosial bazaya malik deyil”

Siyavuş Novruzov: "Avropa ölkələri səfirlərinin görüşdüyü müxalifət nümayəndələrinin təmsil olunduqları partiyalar ölkədə heç bir sosial bazaya malik deyil”
"Azərbaycanda akkreditə olunmuş səfirlər digər ölkələrin maraqlarını qoruyan qüvvələrlə görüşməməlidirlər". SİA-nın məlumatına görə, bu sözləri, hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu günki iclasında çıxışı zamanı deyib. O bildirib ki, nə üçün bu səfirlər məcburi köçkünlərlə, cəbhəyanı bölgədə öldürülən azərbaycanlı uşağın valideynləri ilə görüşmürlər? Onun sözlərinə görə, bir sıra Avropa ölkələrinin səfirlərinin görüşdüyü müxalifət nümayəndələrinin təmsil olunduqları partiyalar ölkədə heç bir sosial bazaya malik deyillər və Azərbaycan xalqı tərəfindən boykot edilirlər.
Daha sonra bu məsələ münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, xarici ölkələrin səfirləri həm hakim, həm də müxalif partiyaların nümayəndələri ilə görüşə bilərlər. Onun sözlərinə görə, bəs nə üçün bu görüşlər Parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri ilə aparılmayıb? "Ölkədaxili problemlərin həlli Azərbaycanın daxili işidir və səfirlər dövlətin daxili məsələlərinə müdaxilə etməməlidirlər", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə