Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) 17 aprel Dünya Hemofiliya Günü münasibətilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən assosiasiyanın rəhbəri Gülnarə Hüseynova bildirib ki, bu gün dünyanın 116 ölkəsində bununla bağlı silsilə tədbirlər keçirilir. Azərbaycanda da bu tarixdə müxtəlif tədbirlər keçirildiyini deyən G.Hüseynova vurğulayıb ki, ən geniş tədbirlər isə gələn il assosiasiyanın 15 illik yubileyi ərəfəsində təşkil olunacaq.
"Belə tədbirlərin keçirilməsində məqsəd uşaqları keyfiyyətli müalicəyə cəlb etməkdir. Ölkədə 1000-dən çox xəstə uşaq və yeniyetmə var. Artıq son illərdə dövlətin göstərdiyi diqqət və qayğı sayəsində xəstələr keyfiyyətli dərman preparatları ilə təmin olunub. Bütün bunların nəticəsində son 5 ildə xəstə uşaqların arasından məktəbi bitirən, ali təhsil alan vətəndaşlar olub. Deməli, əgər dərman preparatları və keyfiyyətli müalicə varsa, bu xəstə uşaqlar və yeniyetmələr sağlam olar və ölkənin inkişafında yaxından iştirak edə bilərlər".
Tədbirin davamında çıxış edən Səhiyyə Nazirliyi Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova ölkədə hemofiliyalı xəstələrə göstərilən diqqət və qayğı, onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə öz təşəkkürlərini bildirib. O qeyd edib ki, prezidentin dəstəyi nəticəsində xəstələr üçün bütün şərait yaradılıb, onlar pulsuz olaraq dərman preparatları ilə təmin olunub və müxtəlif ölkələrdən həkimlər respublikaya gətirilir. Hemofiliyalı xəstələr üçün lazım olan dərmanların baha olduğunu deyən həkimin sözlərinə görə, dövlətin göstərdiyi diqqət sayəsində bu gün bütün xəstələr pulsuz olaraq dərman preparatları ilə təmin edilir: "Artıq hemofiliyalı xəstələrin ölkə üzrə reystri yaradılacaq. Bundan sonra, ölkədəki bütün hemofiliyalı xəstələr dövlətin nəzarəti altında olacaqlar"
Tədbirin davamında çıxış edən qonaqlar bu sahədə görülən işlərdən danışıb və belə xəstələrin sağlamlıqlarının qorunmasının əhəmiyyətli bir hal kimi qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB