Yollarda cərimələri ödəmək üçün pos-terminallar quraşdırılacaq

Yollarda cərimələri ödəmək üçün pos-terminallar quraşdırılacaq
"Korrupsiya ilə bağlı mübarizə sahəsində kifayət qədər inkişaf var. Biz vəziyyəti daha da yaxşılaşdırmaq üçün çalışmalıyıq. Bundan əlavə institusional mexanizmlər də təkmilləşdirilməlidir". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə üzrə forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Məhkəmə Hüquq Şurasının, QHT şəbəkələrinin və Korrupsiyaya qarşı mübarizə idarəsinin görüşlərini təşkil edilməlidir, televiziyalar vasitəsi ilə nazir-vətəndaş dialoqu olmalıdır: "Biz bu dialoqa hazırıq. Heç kimdə şübhə olmamalıdır ki, korrupsiyaya qarşı mübarizə davamlı olmayacaq".
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni həyata keçirmək üçün qanunlar da sadələşdirilməlidir. O həmçinin bildirib ki, Yol Polislərində narazılıq hallarının qarşısının alınması üçün yollarda cərimələri ödəmək üçün pos-terminallar quraşdırılacaq.
PA rəsmisi həmçinin bildirib ki, media vasitəsi ilə maarifləndirmə işləri həyata keçirilməlidir. Onun sözlərinə görə, məsələ ilə əlaqədar artıq müvafiq videoçarxlar da hazırlanmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə