Ermənistana “soyqırımı” şoku

Ermənistana “soyqırımı” şoku

"Erməni soyqırımı" iddiaları ilə dünya parlamentlərində Türkiyəni hər fürsətdə küncə sıxışdırmağa çalışan Ermənistanın başı bu dəfə öz oyunu ilə dərddədir. SİA-nın məlumatına görə, Macarıstan parlamenti ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını qarşıdakı günlərdə müzakirə edəcək.

 

Qanun layihəsi ölkənin ana müxalifətdəki Daha Yaxşı Macarıstan Hərəkatı tərəfindən hazırlanıb. Bu hadisə Ermənistanı ayağa qaldırıb. Hökumət qanun layihəsinə reaksiya verərək qəbul edilməsi təqdirində Macarıstanın beynəlxalq imicinin sarsılacağını bildirib. "Panarmenian.net"ə danışan bir hökumət səlahiyyətlisi Macarıstanın belə bir qərar qəbul edəcəyi halda iki ölkə əlaqələrinə zərər dəyəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə