Bilge Cankorel: “Hər kəsi qane edə biləcək bir yolun tapılması vacibdir”
"Mitinqlər xalqın özünü ifadə etmək azadlığıdır. Bu azadlığı hər kəs – iqtidar da, müxalifət də, yaşlılar da, tələbələr də isfadə edə bilər. Dövlət bacardığı qədər bu azadlıqları ifadə etmələri üçün şərait yaratmalıdır". SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel jurnalistlərə açıqlamasında bildirib.O dəfələrlə Azərbaycanda iqtidarla müxalifət arasında dialoqun olmasının vacib olduğu barədə səsləndirdikləri fikirləri xatırladıb. Onun sözlərinə görə, dialoqun aparılması və hər kəsi qane edə biləcək bir yolun tapılması vacibdir: "İndiyə qədər keçirilən aksiyalarda zor tətbiq edilməsi, şiddət hallarını müşahidə etməmişik. Nə aksiyaçılar tərəfindən, nə də polis tərəfindən şiddət müşahidə olunmayıb. Ancaq biz istərdik ki, aksiyalar zamanı həbslər olmasın. Aksiyalar zamanı zor tətbiq etməkdən qaçmaq lazımdır. İfadə azadlığının təmin olunması üçün bütün imkanlardan istifadə olunmalıdır. Dialoq vasitəsi ilə ifadə azadlığının necə təmin olunması ilə bağlı tərəflər ortaq qərara gəlməlidirlər. Bu cür məsələlər qarşıdurma yox, dialoq mövzusu olmalıdır. Yalnız bir tərəfin dediyinə xüsusi önəm verilməməlidir. Hər iki tərəfin fikirləri nəzərə alınaraq ortaq mövqe seçilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB