Mahmud Kərimov: "Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılacaq"

Mahmud Kərimov: "Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılacaq"

"Elmin inkişafı strategiyası ilə əlaqədar tədbirlər planına əsasən Azərbaycanda elmin idarə olunması, kadrların hazırlanması, prioritet istiqamətlərin seçilməsində müəyyən dəyişikliklər olacaq. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılacaq islahatların kökündə əsasən bunlar dayanır".

SİA-nın məlumatına görə, bunu AMEA-nın prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, islahatlar nəticəsində AMEA-da müəyyən ixtisarlar da aparılacaq: "Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük ixtisarların olacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm. Amma müəyyən ixtisarlar olacaq. Hələlik bu məsələni saxlamışıq. AMEA alimlərinin maaşları aşağıdır. Güman edirəm ki, yaxın vaxtlarda onların əmək haqları da artırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə