Bakıda korrupsiyaya qarşı mübarizə üzrə forum keçirilir. SİA-nın məlumatına görə, bu gün keçirilən tədbirdə korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən dövlət strukturlarının, Qeyri Hökumət Təşkilatlarının, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər. İlk olaraq çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, 2011-ci il Azərbaycan tarixinə korrupsiyaya qarşı mübarizə ili kimi daxil olub. Onun sözlərinə görə, milli dövlətçiliyimizin inkişafı naminə vətəndaşımız, cəmiyyətimiz korrupsiyaya qarşı mübarizə işini dəstəkləyir: "Vətəndaşların istəyi odur ki, bu proses kampaniya xarakteri daşımasın. KİV, xüsusən elektron KİV bu prosesə yardımçı olmalıdır.
Daha sonra çıxış edən Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, bu gün Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və korrupsiyaya qarşı mübarizə həmin siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, mahiyyət etibari ilə korrupsiya istənilən cəmiyyətdə anti-sosial məfhum kimi həyat fəaliyyətinin bütün sahələrinə təzahür edir. Korrupsiyanın hər bir cəmiyyətdə qanunun aliliyinə təhlükə yaratdığını və ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurduğunu dilə gətirən PA-nın şöbə müdiri korrupsiyanı doğuran müxtəlif səbəblərdən də danışıb: "Burada iqtisadi, institusional, sosial-mədəni faktorlar xüsusilə seçilir. Eyni zamanda ölkənin hansı tarixi inkişaf mərhələsində olması da korrupsiya ilə bağlı problemlərin xarakter və məzmununa öz təsirini göstərir. Britaniya alimlərinin hesablamalarına görə, son dövrdə dünyada ödənilən rüşvətin məbləği 80 milyardı keçir, lakin müxtəlif ölkələrdə korrupsiyanın səviyyəsi də fərqlənir. Məsələn, iqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi daha aşağı olur. Belə ki, bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü korrupsiya arasında fərqlər var. Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır". Daha sonra Fuad Ələsgərov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə xeyli işlər görülüb, biznesə başlamaq prosedurları sadələşdirilib, bir sıra sahələrdə birpəncərə prinsipi tətbiq edilib. Onun sözlərinə görə, 2010-cu ildə elektron hökumətin inkişafı üçün xüsusi dövlət proqramı qəbul edilib: "Bu proqram korrupsiyaya qarşı mübarizədə öz töhvəsini verəcək. Prezident korrupsiyaya qarşı mübarizə sahəsində qarşımıza yeni vəzifələr qoyub. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində bir sıra fərmanlar imzalayıb. Buna misal kimi Daxili İşlər Nazirliyi Yol Patrul Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı fərmanları qeyd etmək olar".
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlandığını bildirən PA rəsmisi bildirib ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə xüsusi fərman imzalanıb. Onun sözlərinə görə, prokurorluq və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara edilən dəyişikliklər ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli təşkili məqsədini daşıyır.
O həmçinin bildirib ki, AŞ-nın GRECO qrupunun tövsiyələri nəzərə alınmaqla Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvətalma və rüşvətvermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkibinin genişlənməsini nəzərdə tutur.
Ardınca tədbiri Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralov öz çıxış ilə davam etdirib. O bildirib ki, 2005-2011-ci illər ərzində korrupsiya ilə mübarizə istiqamətində 700 şəxs barəsində 388 cinayət işi açılıb. Baş prokurorun sözlərinə görə, 2011-ci ildə isə 32 şəxs barəsində 18 cinayət işi açılıb, hazırda isə icraatda 84 cinayət işi var: "Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi yanında 161 saylı qaynar xəttə 1200 müraciət daxil olub. Daxil olan müraciətlər əsasında 7 cinayət işi açılıb, həmin iş üzrə 7 nəfər həbs olunub. Daxil olan müraciətlərin 237-si müsbət həllini tapıb. Daxil olan müraciətlərin 337-si idarədə, 174-ü rayon prokurorluqlarında, 692-si isə aidiyyətı üzrə araşdırılır".
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, təşkilat korrupsiya ilə mübarizə istiqamətində QHT-lər arasında müsabiqə elan edib. Onun sözlərinə görə, aprelin 15-dən 6 may tarixinə kimi layihələr təqdim edilə bilər. O həmçinin qeyd edib ki, ümumi maliyyə fondu 50 min manatdır və müsabiqə 5 istiqamətdə keçiriləcək. Azay Quliyev müsabiqənin keçirilməsində məqsədin korrupsiyaya qarşı mübarizə üzrə QHT təşəbbüslərinin dəstəklənməsi olduğunu bildirib.
Tədbirdə çıxış edən digər şəxslər və QHT nümayəndələri korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bir sıra təkliflərlə çıxış ediblər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, korrupsiyaya yol açan normativ hüquqi aktların antikorrupsion analizi keçirilməli və bu işə QHT-lər cəlb edilməlidir. O, dövlət orqanlarında süründürməçiliyin aradan qaldırılması üçün "Vahid qapı"-nın yaradılması, dövlət orqanlarında fəaliyyət göstərən "Qaynar xətt" sisteminin işinin təkmilləşdirilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, "Qaynar xətt"lərə daxil olan müraciətlərə operativ reaksiyalar verilməsində problemlər var: "Problem odur ki, "Qaynar xətt"lərə müraciətlərin sayı çoxaldığından müraciətlərə operativ reaksiya verilmir. Bunu nəzərə alaraq, bu sahədə əlavə təkmilləşdirmə işləri aparılmalı və işçilərin sayı artırılmalıdır".
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov yaxın gələcəkdə əmək haqqlarının ən azı iki dəfə artırılması təklifi ilə çıxış edib. O, məhkəmə sistemində ciddi nöqsanların olduğunu vurğulayaraq bu sahədə islahatlara ehtiyac olduğunu bildirib.
"Məhkəmələrdə açıq-aydın özbaşınalıq var. Elə bil hakimlər bu son proseslərdən xəbərsizdirlər. Hesab edirəm ki, andlı məhkəmələrin yaradılması üçün zaman yetişib və andlılar sisteminin tətbiqi bu sahədə problemlərin həllinə kömək edə bilər", – deyə Bağırov vurğulayıb.
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel Korrupsiya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Əməkdaşlıq və Məlumat Şəbəkəsinin təşkil etdiyi forumda çıxış edib.
Səfir Cankorel son zamanlar Azərbaycanın dövlət qurumlarının korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, bu işdə şəffaf idarəçilik, bərabər imkanlar, iqtisadiyyatda rəqabət qabiliyyəti və kollektiv iştirak, eləcə də qanunun aliliyi prinsiplərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Cankorel deyib: "Korrupsiya bütün dünyada çiçəklənmə və dayanıqlı inkişafa qarşı əsas əngəllərdən biridir. Bu, dözülməz bir haldır və ona qarşı cəmiyyətin bütün təbəqələrində mübarizə aparmaq lazımdır. Korrupsiya iqtisadiyyatı sarsıdır, demokratik quruluculuğu zəiflədir, sərmayə qoyuluşunu dayandırır və xalqların təhlükəsizliyinə təhlükə törədir".
Səfir Bilge Cankorel ATƏT-in Bakı Ofisinin Azərbaycanda hökumət və vətəndaş cəmiyyəti nümayəndələri üçün mütərəqqi idarəçiliyin təşviqi və mülkiyyət hüquqlarının müdafiəsi sahəsində bir neçə layihənin, eləcə də bilik və bacarığın artırılması sahəsində işlərin gördüyünü diqqətə çatdırıb.
Səfir Cankorel çıxışının sonunda deyib: "Rəhbərlik etdiyim Ofis Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanı və tədbirlər planının icrasını dəstəkləmək məqsədilə texniki yardımları davam etdirməyə və mütərəqqi beynəlxalq təcrübələri bölüşməyə hazırdır."

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB