İran səfiri Azərbaycana təşəkkür edib -SƏFİR

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycanın iranlılarla həmrəylik göstərməsini alqışlayıb. SİA-nın məlumatına görə, bu barədə səfirliyin "Twitter" səhifəsində qeyd olunub. Bildirilib ki, Cavad Cahangirzadə koronavirusla mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini yüksək qiymətləndirir.

Səfirin bununla İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunmasını nəzərdə tutduğu bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə