"Karantin şərtlərinə aprelin 20-ə qədər ciddi riayət edək" ÖZƏL-MÖVQE

“Azərbaycanda koronavirusa yoluxmanın sürəti göstərir ki, gün ərzində təxminən 50-60 nəfər bu xəstəliyə yoluxur”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Əlbəttə 10 milyon əhalisi olan məmləkətimiz üçün kiçik qərəm deyil, ancaq bu artım testlərin çoxalması ilə əlaqəlidir. Azərbaycanda karantin qaydalarının sərtləşdiyini nəzərə alaraq virusun yayılmasında qorxulu olan "böyük sıçrayışın" baş verəcəyi ehtimalı azalır. Digər tərəfdən sağalanların sayı da getdikcə artacaq. Bu gedişatı qoruya bilsək, koronavirusdan az itki ilə çıxa biləcəyik. Bir şərtlə ki, karantin şərtlərinə aprelin 20-ə qədər ciddi riayət edək. Həmin tarixdən sonra karantin şərtlərinin yumşalacağını proqnozlaşdırmaq olar, insanlar işləməli, ailələrini dolandırmalıdırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə