“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ regionundakı seçkini rədd edir” “National Herald Tribune”
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) ekspertlər heyətinin üzvləri olan Sargodha Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin dosenti Aşfaq Əhmədin müəllifi olduğu “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ regionundakı seçkini rədd edir” və Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə mütəxəssis, təhlilçi-yazar Mehmud ul-Həsən Xanın “Dağlıq Qarabağdakı qondarma seçkilər: Tənqidi bir təhlil” adlı məqalələri CGSS-in veb səhifəsində və “National Herald Tribune” qəzetində dərc edilib (keçidlər aşağıda verilir).
https://cgss.com.pk/paper/pdf/International-Community-Rejects-Election-in-Nagorno-Karabakh-Region.pdf
https://cgss.com.pk/paper/pdf/Illegal-Elections-in-Nagorno-Karabakh_A-Critical-Analysis.pdf
http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=07-04-2020
http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=5&dt=08-04-2020
SİA-nın verdiyi məlumata görə, məqalələrdə 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilən prezident və parlament seçkilərinin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrini pozması, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olması, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğu və Ermənistan tərəfindən işğal edilməsi, BMT TŞ-nin bu işğalla bağlı Azərbaycanın lehinə qəbul etdiyi qətnamələr, Pakistanın Azərbaycana verdiyi dəstək, keçirilmiş qondarma seçkilərlə bağlı Azərbaycan Respublikası XİN-in bəyanatı, beynəlxalq ictimaiyyət və çoxsaylı dövlət tərəfindən bəhs olunan qondarma seçkilərin pislənməsi kimi məlumatlar əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB