Əli Əhmədov: “İnsanları düşündürən, sözün əsl mənasında narahatlıq yaradan məsələ ölkədə radikal müxalifətin düşmənçilik psixologiyasıdır”

Əli Əhmədov: “İnsanları düşündürən, sözün əsl mənasında narahatlıq yaradan məsələ ölkədə radikal müxalifətin düşmənçilik psixologiyasıdır”

"Guya kimlərsə, o cümlədən parlamentin üzvləri kimlərinsə mitinq keçirmək cəhdindən narahatlıq keçirir. Xeyr. Azərbaycanda heç kim çox az sayda tərəfdarları olan qüvvələrin mitinq keçirmək cəhdindəm narahatlıq keçirmir".

 

SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib. O bildirib ki, müxalifətin bu yolla hər hansı br nailiyyət və istəyə nail olması parametrləri yoxdur.

 

Onun sözlərinə görə Azərbaycanda insanları düşündürən, sözün əsl mənasında narahatlıq yaradan məsələ ölkədə radikal müxalifətin düşmənçilik psixologiyasıdır: "Yetər ki, kimsə hakimiyyətdə təmsil olunsun, kimsə parlamentin üzvü olsun, kimsə yaxşı yaşasın o, radikal müxalifət üçün düşmənə çevrilir. Nəticə etibarı ilə bu düşmənçilik psixologiyası əslində Azərbaycana qarşı çevrilmiş olur. Bu, Azərbaycan həqiqətinin müxalifətlə bağlı reallıqlarıdır. Radikal müxalifətin qanadı altında olan qəzetlərə baxmaq yetərlidir ki, orada Azərbaycana, vətəndaşına düşmənçilik görsənir. Bu gələcəkdə qorxulu məqama çevrilə bilər"

Bütün xəbərlər Facebook səhifəmizdə