Səbail rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci rübünün yekunları müzakirə edilib

Səbail rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci rübünün yekunları müzakirə edilib

Bu gün Səbail rayon İcra Hakimiyyəti 2011-ci ilin birinci rübünün yekunları ilə bağlı iclas keçirib. SİA-nın məluamtına görə, iclasda hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə işçiləri, idarə, təşkilat və müəssisə, bələdiyyə rəhbərləri, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı İdarə heyətinin üzvləri iştirak edib.

 

İclası giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ilin birinci rübündə rayonun sənaye müəssisələri tərəfindən 5,06 milyard manatlıq sənaye məhsulu istehsal edildiyini, bunun isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox olduğunu bildirib. O, nəqliyyat müəssisələri tərəfindən əhaliyə bu ilin ilk üç ayı ərzində 151,3 milyon və ya keçən ilin birinci rübü ilə müqayisədə 41,1 faiz çox, rabitə müəssisələri tərəfindən 190,7 milyon manat və yaxud keçən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox xidmət göstərildiyini deyib.

 

A.Əsgərov bütün maliyyə mənbələri hesabına 468,3 milyon manat məbləğində investisiyalardan istifadə edildiyini və bunun birinci rübü ilə müqayisədə 12,7 faiz çox olduğunu deyib. Səbail rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, rayon ərazisində 2011-ci ilin birinci rübü ərzində 225 yeni iş yeri açılıb. O, ümumilikdə 2003-cü ilin noyabrından 2011-ci ilin aprel ayının 1-dək 33439 iş yerinin açıldığını və bunlardan 32571 iş yerinin daimi olduğunu deyib.

 

Daha sonra rayonun müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin çıxışları dinlənilib. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə