Milli Məclisin növbəti iclası öz işinə başlayıb

Milli Məclisin növbəti iclası öz işinə başlayıb

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, ilclasda ilk növbədə cari məsələlər müzakirə olunub.

İclasda çıxış edən millət vəkili Asəf Hacıyev müxalifətin ölkəmizdə sabitliyi pozmağa cəhd etməsinə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərdəki ölkə deyil, sürətlə inkiaf edir.

Onun sözlərinə görə, Azərbaycan Rusiya, Türkiyə və digər ölkələr kimi strateji partnyorlara malikdir. O vurğulayıb ki, ölkə başçısının apardığı siyasət davam etdirilməlidir: "Biz anarxiyaya son qoymalıyıq"

Qeyd edək ki, bugünkü iclasda "Azərbaycan Respublikası Hesablama Palatasının 2010-cu ildə fəaliyyəti haqqında Hesabat"ı dinləniləcək. İclasda, həmçinin "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə