Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 19.20-dən 19.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 15-də saat 02.40-dan 02.50-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə