Bu dili dünyada yalnız iki adam danışır, onlar da küsülü

Bu dili dünyada yalnız iki adam danışır, onlar da küsülü

Dünyanın ən qədim dillərindən biri olan Ayapanekonun lüğətini hazırlamağa çalışan antropoloqlar böyük bir çətinliklə üzləşib. SİA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb dünyada bu dildə danışan iki adamın qalması və onların küsülü olmasıdır. Ayapaneko lüğətinin hazırlamaq istəyən isə İndiana Universitetinin dil antropoloqu Daniel Suslakdır.

 

Meksikada yüz illərlə danışılan Ayapaneko dili ispan işğalından, müharibələrdən, inqilablardan bu günə gəlib çıxa bilib. Ancaq bu gün bir çox yerli dil kimi Ayapaneko da yox olmaq üzrədir. "Guardian"ın xəbərinə görə, bu gün sözügedən dili danışa bilən yalnız iki adam qalıb: 75 yaşındakı Manuel Segovia və 69 yaşındakı İsidro Velaskes. Ancaq məsələ budur ki, Tabasko əyalətinin Ayapa kəndində 500 metr aralı evlərdə yaşayan bu iki adam bir-biri ilə danışmır. Küsülü olmasının səbəbi tam olaraq bilinməsə də onları tanıyanlar bir-birlərindən heç bir zaman xoşlanmadıqlarını söyləyir.

 

Qeyd edək ki, Meksikada 68 yerli dil var. Fərqli ləhçələri də nəzərə alsaq, bu ədəd 364-ə çıxır. Təhlükə altında olan başqa Meksika dilləri də olsa da Ayapanekonun vəziyyəti daha ciddidir.

Bütün xəbərlər Facebook səhifəmizdə