"Bu Sərəncam mərhəmət və humanizmin növbəti təzahürüdür" ÖZƏL - AÇIQLAMA

"Prezidentin imzaladığı Əfv Sərəncamı mərhəmət və humanizmin növbəti təzahürüdür. Sərəncamın 65 yaşdan yuxarı 176 məhkumun məhbəs həyatında azad olması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumlaın sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı Sərəncamla bağlı danışarkən deyib.

O bildirib ki, Prezidentin imzaladığı Əfv Sərəncamı mərhəmət və humanizmin növbəti təzahürüdür və bu ənənənin əsasını Ulu öndər Heydər Əliyev qoymuşdu: "Bu gün isə Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçımız hər il əfv sərəncamları imzalayır. 2003-cü ildən bu günə kimi əfv sərəncamları və amnistiyalarala 45287 məhkum azadlığa çıxmış, yenidən özlərini ictimai həyatda doğrultmaq imkanı əldə etmiş və 100 minlərlə ailə üzvülərini sevindirmişdir. Ayın 6-da imzalanan Sərəncamın da xüsusi özəlliyi vardır. Bu, Sərəncamın 65 yaşdan yuxarı 176 məhkumun məhbəs həyatında azad olması deməkdir".

Millət vəkili vurğulayıb ki, koronavirus pandemiyası bütün dünyanı ağuşuna aldığı zamanda bu epidemiyaya yoluxma riski daha yüksək olan kateqoriyalı şəxslər 65 yaşdan yuxarı insanlardır və bu insanların koronavirus riskindən qorunması üçün onlara karantin dövründə evdən çıxmaq qadağan olunmuşdur: "Düzdür, həbsxana qapalı müəssisədir və orada da epidemiyaya yoluxma riski azdır. Amma ölkə başçısı imzaladığı Sərəncamla həbsxanalarda bu kateqoriyadan olan şəxslərin 90 faizinin azadlığa çıxmasına gətirəcək və onlar daha çox xüsusi qayğıya ehtiyacı olduğundan öz ailələrində daha yaxşı şəraitdə diqqətlə əhatə olunacaqlar. Ölkə başçısının atdığı bütün addımlar hər bir vətəndaşın rifahının yaxşılaşmasına xidmət edir və son qərarlar da bunun əyani təzahürüdür".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə