"Azərbycan optimal çıxış yoluna sahib olduğunu bir daha təsdiq etdi" AÇIQLAMA-ÖZƏL

“Koronavirus pandemiyasının ölkəmizdə yayılmağa başlamasından qısa müddət sonra “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı Azərbaycanın bütün gözlənilməz vəziyyətlərdən altetnativ, optimal çıxış yoluna sahib olduğunu bir daha təsdiq etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Deputat bildirib ki, bundan əvvəl açılan "Yeni klinika" və tibbi maska istehsalı müəssisəsi əslində bir neçə ay sonra tam təhvil verilməli idi.

J.Əliyevanın sözlərinə görə, lakin ölkə rəhbəri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səyləri və rəhbərlikləri ilə hər iki müəssisədə, mövcud vəziyyətin yaratdığı tələblər nəzərə alınaraq vaxtından xeylı əvvəl sürətlə tamamlanma işləri aparıldı: “Həm xəstəxana, həm də zavod ən müasir standartlara cavab verən avadanlıqlarla, tibbi ləvazimatlarla təchiz edilərək bu çətin günlərdə istismara hazır vəziyyətə gətirildi”.

Deputat qeyd edib ki, xüsusilə tibbi maskaların istehsalı ölkədə bu məhsula yaranan ehtiyacı böyük ölçüdə azaldacaq, vətəndaşımızın sağlamlığını daha effektli bir şəkildə qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə