Prezident Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, parkın yenidən qurulması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı Masallının yeni inkişaf dövrünü yaşadığını dedi. Masallıda görülən işlər barədə danışan Prezident İlham Əliyev gələn ilin sonunadək rayonun bütün məntəqələrinin qazlaşacağını bildirdi və bunun tarixi nailiyyət olacağını vurğuladı.
Azərbaycanda elektrik enerjisi ilə təchizatında heç bir problemin olmadığını, içməli su və kanalizasiya məsələlərinin həllini tapdığını qeyd edən dövlətimizin başçısı ölkədə sosial infrastrukturun yaradılmasına böyük diqqət göstərildiyini dedi.
Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdə artan mövqelərimiz barədə də danışdı.
Dövlətimiz başçısı rayon ictimaiyyətinin nümayəndələrinə yeni uğurlar arzuladı.
Rayon ictimaiyyəti adından çıxış edən müəllim Əhməd Məmmədov və Milli Məclisin deputatı Elmira Axundova Masallıya və bütövlükdə ölkənin sürətli inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə rayon sakinlərinin minnətdarlığını dövlətimizin başçısına çatdırdılar.
Sonda rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB