AMIP, AXCP və Müsavat partiyalarının Laçın rayon təşkilatlarınin sədrləri birgə bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda 2 apreldə Bakı şəhərində keçirilən küçə yürüşləri, dağıdıcı xarakter alan aksiyalar pislənilir. Radikal müxalifətin hərəkətlər ölkədə mövcud olan sabitliyin pozulması kimi qiymətləndirilir.
AMİP-in Laçın rayon təşkilatının iclasında təşkilatın fəaliyyətinə xitam verilməsi məsələsinə baxılıb. Çıxışlarda qeyd edilib ki, AXCP və Müsavatın diktəsi ilə heç bir lüzum və səbəb olmadığı halda ölkə vətəndaşlarını itaətsizliyə sürükləməklə iğtişaşlara təhrik edilməsi, ölkədəki davamlı sosial-iqtisadi inkişafın təmin olunduğu bir dövrdə əhali arasında qarşıdurma yaratmaq cəhdləri narahatlıq doğurur. İclasın sonunda partiyanın Laçın rayon təşkilatının buraxılması haqda qərar yekdilliklə qəbul olunub. Müsavat partiyasının Laçın rayon təşkilatında keçirilən iclasda da təşkilatın buraxılması məsələsi müzakirə olunub. Çıxışların hamısında təşkilatın buraxılmasının zəruriliyi qeyd edilib. Sonda 29 nəfər yekdilliklə partiyanın rayon təşkilatının buraxılmasına səs verib.
AXCP-nin Laçın rayon təşkilatının iclasında da təşklatın buraxılması məsələsinə baxılıb. İclasda iştirak edən 24 nəfər bütünlüklə təşkilatın buraxılmasına səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB