"Birlik və həmrəylik nümayiş etdirməliyik" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan hökuməti koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə ilk gündən adekvat və operativ qərarlar qəbul etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

"Bildiyiniz kimi, bu virus daha çox insanların bir-biri ilə sıx təması nəticəsində yayılır. Bu təması minimuma endirmək üçün təhsil müəssisələrinin fəaliyyəti, ictimai tədbirlərin keçirilməsi dayandırıldı, ölkəyə giriş və çıxışa məhdudiyyətlər qoyuldu. Nazirlər Kabineti yanında Operativ Qərargah zamanında həmin qərarları qəbul etməsə idi bu virus ölkəmizdə daha çox yayıla bilərdi. Azərbaycanın bu sahədə addığı addımlar beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən də yüksək qiymətləndirilir. Bir sıra dövlətlər müəyyən qərarların qəbul edilməsində Azərbaycanı özlərinə nümunə götürdülər. Onu da qeyd etməliyik ki, burada dövlətlə yanaşı, vətəndaşlarımızın da üzərinə vəzifə düşür. Hər birimiz vəziyyətin ciddi olduğunu anlamalı, məsələlərə maksimum diqqətlə və həssaslıqla yanaşmalı, müəyyənləşdirilən qayda və normalara əməl etməli, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq. Yaranan vəziyyət müvəqqəti xarakter daşıyır. Bir çox zamanlarda olduğu kimi bu dövrdə də birlik və həmrəylik nümayiş etdirməliyik. Bir çox çətinliklərdən olduğu kimi, bu bəladan da üzüağ çıxacağıq və tezliklə həyatımız normal axarına qayıdacaq"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə