Nazir müavini: “Ölkəyə qayıdan bəzi tələbələr təhsillərini bitirmək üçün yenidən Misirə gediblər”
Təhsil nazirinin müavini Elmar Qasımov Yaxın Şərqdə baş verən hadisələrdən sonra bir qrup gəncin, tələbənin ölkədə müxtəlif aksiyalar keçirməsinə münasibət bildirib. E.Qasımov SİA-ya açıqlamasında bildirib ki, Yaxın Şərqin öz tarixi, keçdiyi yol var və bunun hansısa hissəsinin bizim ölkədə baş verməsi mümkün deyil. Azərbaycan xalqının 1988-1993-cü illərdə müxtəlif inqilabların, iğtişaşların şahidi olduğunu deyən nazir müavini vurğulayıb ki, insanlar belə halların yenidən təkrarlanmasını istəməzlər.
"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün xalq prezidentin ətrafında birləşərək onun həyata keçiridiyi siyasəti dəstəkləyir və ölkədə hər hansı bir iğtişaşların olmasını istəmir. İsa Qəmbər və Əli Kərimli hakimiyyətdə olduqları müddətdə özlərinin nəyə qadir olduqlarını göstəriblər. Bu baxımdan hazırda hansısa analogiya aparmağı düzgün hesab etmirəm. Dünyanın öz problemləri var. Dünyada Fələstin problemi var və onlar daima bununla yaşayıblar. Ona görə də hesab etmirəm ki, Azərbaycanda belə bir inqilablar, iğtişaşlar baş versin və yaxud da hansısa formada yayılsın", - deyə o əlavə edib.
E.Qasımov Yaxın Şərq ölkələrində təhsil alan tələbələrin aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, bu ölkələrdə o qədər də çox tələbə təhsil almır: "Belə ki, Liviya, Yəmən, Suriyada tələbələrimiz dövlət xətti ilə təhsil almır. Yalnız Misirdə dövlət xətti ilə 15-20 tələbə təhsil alır. Onların əksəriyyəti artıq öz təhsillərini başa vururlar. Yəni, elə bir ciddi problem yoxdur. Məlum hadisələrdən sonra 3 tələbə ölkəyə qayıdaraq təhsillərini Azərbaycanda davam etdirəcək. Bundan əlavə, ölkəyə qayıdan bəzi tələbələr təhsillərini bitirmək üçün yenidən Misirə gediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB