Həmsədrlərin bəyanatı: “Xankəndidə hava limanın açılması münaqişədə gərginlik yaradacaq”
Artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vaxtı yetişib. SİA-nın xəbərinə görə, bu sözlər regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin (Polşa) birgə yaydıqları bəyanatda göstərilib. Belə ki, həmsədrlər insanların həyatının təhlükəsizliyinin qoruması yolu ilə münaqişənin sülh və ədalətli həlli üçün tərəflərlə danışıqları davam etdirəcəklər. Bəyanatda həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik erməni işğalı altında olan ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçərək monitorinq aparıblar.
Monitorinq Azərbaycanın Ağdam rayonunun Təzəkənd kəndində keçirilib. Həmsədrlərin erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun ölümü ilə bağlı araşdırmaları davam etdirmək üçün Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndinə yollanaraq, mərhumun ailəsi ilə görüş keçiriblər.
Bəyanatda həmçinin Ermənistanın Dağlıq Qarabağda işğal altında olan Xankəndində tikdiyi hava limanı məsələsinə də toxunulub: "Dağlıq Qarabağda yerləşən Xankəndidə hava limanın açılması münaqişədə gərginlik yaradacaq. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağda işğal altında olan Xankəndidə tikdiyi hava limanına enəcək təyyarələr Dağlıq Qarabağın müstəqil olmasına dəlalət etməyəcək. Tərəflər hava məkanından istifadə ilə bağlı Beynəlxalq Konvensiyada yer alan qanunları nəzərə almalıdırlar. Həmçinin tərəflərin mülki təyyarələrin məhv edilməməsi ilə bağlı bəyanatlarını da alqışlayırıq".
Eyni zamanda həmsədrlər aprelin sonunda ABŞ səfər edərək regiona etdikləri səfər barəsində müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB