Qazaxıstanda bütün Orta Asiyada yaşayan türkləri bir yerə toplamaq üçün Turan şəhəri yaradılır. SİA-nın xəbərinə görə, bu barədə Dünya Azərbaycanlıları Konqresinin Qazaxıstan Nümayəndəliyinin rəhbəri Yəhya Əliyev məlumat verib. O bildirib ki, bu şəhərin yaradılmasında məqsəd bütün dünya türklərini birləşdirməkdən ibarətdir. Onun sözlərinə görə, bu şəhərdə türk xalqlarının televiziyası yaradılacaq, bundan başqa müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalları, müəssisələr inşa olunacaq. Y.Əliyev qeyd edib ki, may ayında Qazaxıstanda yaradılacaq Turan şəhərində türk dünyası fəallarının konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB