"Ermənilər xəstə millətdir" - ÖZƏL - AÇIQLAMA

"Bütün dünyada koronavirus yayılıb, bütün münaqişə bölgələrində sakitçilik hökm sürür. Lakin, bütün bunlara baxmayaraq ermənilər Azərbaycan-Ermənistan dövlət sərhəddində aktivləşiblər". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu dünyada karantin rejimi ilə əlaqədar ölkələr arasında və ölkədaxili münaqişələrin durğunluq dövrünə keçdiyi ilə bağlı danışarkən deyib.

Siyasətçi dünyada pandemiya ilə əlaqədar sakitçiliyin hökm sürdüyünü və ölkələrdə karantin rejiminin özünü götərdiyini ifadə edib: "Moldova bununla bağlı müsbət bir mövqe nümayiş etdirdi. Həmçinin, Gürcüstanın Prezidenti Salome Zurabişvili Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərini dəvət edərək onlara bildirdi ki, Abxaziya və Cənubi Osetiyanın ərazisini öyrənsinlər. Eyni zamanda burada hər hansı bir köməyə ehtiyac varsa onlara köməklik göstərsinlər. Yəni, dünyada bu baxımdan sakitçilik hökm sürür. Lakin, müəyyən qədər Qağlıq Qarabağda münaqişə regionunda Ermənistan öz təxribatlarına davam edir".

Ümumilikdə, ermənilərin konfliktə meyilli olduqlarını əlavə edən Mübariz Əhmədoğlu vurğulayıb ki, hazırda Ermənistanla Rusiya arasında təbii qaz və digər məsələlərlə bağlı bir sıra problemlər mövcuddur:

"İndi ermənilər çalışırlar ki, Rusiyanı pis vəziyyətdə qoysunlar. Rusiyanı pis vəziyyətə salmaq üçün Azərbaycanla dövlət sərhəddində bilərəkdən gərginlik yaradırlar. Bununla da onlar Rusiyaya göstərmək istəyirlər ki, güya, Azərbaycan dövlət sərhəddindən Ermənistana hücüm edir, güya, Ermənistan vətəndaşlarını atəşə tutur. Onlar Rusiyaya demək istəyirlər ki, Ermənistanı müdafiə edəcəyinlə bağlı öhdəliyə riayət etmirsən və eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya Ermənistanı müdafiə etmir.

Ümumiyyətlə, ermənilər xəstə millətdir. Baxmayaraq ki, büyün dünyada koronavirus yayılıb, hər yerdə bununla əlaqədar sakitçilik hökm sürür, lakin, ermənilər Azərbaycan-Ermənistan dövlət sərhəddində çox aktivdirlər. BMT-nin Baş katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya dəfələrlə ayrıca olaraq bu koronavirus pandemiyası dövründə sakitçiliyə riayət etmək haqqında müraciətlər etdilər. Lakin, Ermənistan bu müraciətlərin heç birinə qulaq asmır. Düşünürəm ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qoşunları Ermənistanın Qazax-Tovuz rayonları istiqamətində təxribatlarına layiqincə cavab verməyə davam edəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə