“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi yeni layihə həyata keçirir

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi yeni layihə həyata keçirir
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi 01 aprel 2011-ci il tarixindən – 01 oktyabr 2011-ci il tarıxinə kimi həyata keçiriləcək "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin Sosial problemlərinin həllinə kömək" layihəsinin icrasına başlanıb.
SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi aşağıdakılardır:
Bakı, Şirvan şəhərlərində və Abşeron rayonunda "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanununun Bakı şəhərində və Apşeron, rayonunda tətbiq olunmasna nəzarət etmək və bu sahədə, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrin ortaya çıxmış sosial-təhsil problemlərinin həllinə kömək etmək;
- "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında qanunların Bakı şəhərində və Abşeron rayonunda aidiyəti orqanlar tərəfindən tətbiq olunub-olunmamasını araşdırmaq və regionlarda yaşayan, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə şamil edilmiş hüquqları haqqında qanunları öyrətmək məqsədilə marifləndirmə işləri görmək;
Dövlət və özəl ali məktəblərdə müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmə tələbələrlə görüşlər, monitorinqlər təşkil edib onların ortaya çıxmış təhsil problemləri ilə maraqlanmaq;
Müharibədən zərər çəkmiş və aztəminatlı ailələri ilə bağlı fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının rəhbərləri ilə birlikdə adiyəti olan təşkilatlarla əməkdaşlıq edilərək, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və valideyin himayəsindən məhrum olunmuş yeniyetmələrə diqqət və qayğını gücləndirmək.

Bütün xəbərlər Facebook səhifəmizdə