Dubay mediasında Azərbaycan haqqında silsilə yazılar və verilişlər hazırlanır
Dubay hökumətinə məxsus "The One" TV kanalında Azərbaycan haqqında veriliş təqdim olunub. Bu barədə SİA-ya Dubaydakı "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov məlumat verib. O bildirib ki, Dubay hökumətinin Media Qrupuna daxil olan "The one" TV kanalının axşam "Emirates News" ingilis dilində çıxan xəbərlər proqramında Azərbaycanda gedən tərəqqi və yüksək həyat səviyyəsinin mövcudluğu haqqında göstərilən veriliş vasitəsilə tamaşaçılara geniş məlumat verilib. Proqram bugün səhər saat 7-də bir daha təkrar olunub.
Veriliş zamanı Fly Dubay hava yollarının icraçı direktoru Ghaith Al Ghaithin müsahibəsində qeyd edilir ki, bugün Azərbaycana gedən istər turist, istərsə də iş adamlarının sayı böyük sürətlə artmaqdadır. Bu da ölkədə olan iqtisadi inkişafla bağlıdır. Verilişin aparıcısı Bakının görüntülərini, müxtəlif tarixi abidələri təqdim edərək oranı Qərblə Şərqin kəsişdiyi məkan adlandıraraq qeyd edib ki, ölkədə yerli milli mədəniyyətlə eyni səviyyədə bir neçə digər xalqların, əsasən türk, rus və İran mədəniyyətləri daha çox hiss edilir. Bakıdakı yeni tikililərin videosunu təqdim edərək bu inkişafi ölkədəki iqtisadi və siyasi stabilliyin mövcudluğu ilə əsaslandırıb.
Qeyd edək ki, Bakıda radikal müxalifətin keçirdiyi 2 aprel mitinqindən sonra Dubayda nəşr edilən "Gulf News" qəzeti 3 aprel tarixində "Reuters" agentliyinin yaydığı həqiqəti əks etdirməyən məqalə dərc edib. Samir İmanov qəzetin rəhbərliyi ilə görüşərək onlara etiraz məktubunu təqdim edib və belə halların gələcəkdə yolverilməz olduğunu onlara çatdırıb. Eyni zamanda, bütün aidiyyatı orqanlarla görüşərək BƏƏ, xüsusən də Dubay Əmirliyi mediasında Azərbaycan haqda həqiqətləri əks etdirən məqalələrin dərcini və verilişlərin hazırlanmasını tələb edib. "Gulf News" qəzeti son həftə ərzində artıq öz səhifələrində Azərbaycanda iqtisadi artımın ildən-ilə artmasını konkret rəqəmlərlə göstərib və gələcəkdə dünya sərmayəsinin məhz Azərbaycana qoyulacağını qeyd edib. Bu onu subut edir ki, Dubaydakı "Azərbaycan" cəmiyyəti hər zaman xalqının və dövlətinin keşiyindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB