"Qarabağda “seçki” keçirmək ruhi xəstəliyə bənzəyir" ŞƏRH-ÖZƏL

“Separatçı rejimdə qondarma seçkiləri heç kim tanımır. Xüsusilə də dünyanın ən aparıcı, qonşu ölkələr, eləcə də beynəlxalq təşkilatlar keçirilən “seçki”lərin ligitim hesab etmir”. Bu fikirləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Ermənistan, eləcə də separatçı rejimin rəhbərlərinə də hansı reaksiya ilə üsləşəcəkləri məlum idi: “Çünki onlar çox yaxşı bilir ki, etdikləri tamaşaya necə münasibət sərgilənəcək. Lakin onlar orada yaşayan əhalinin buna inanması üçün belə addımlar atırlar. Düşünürlər ki bununla nəyisə həll etmiş olacaqlar. Amma bu absurd bir ideya, fikirdir. Çünki separatçı rejimin nə yanaşmaları, nə də bu rejimdən imtina etməsi nümayiş olunmur. Bu baxımdan da atılan addımlar məntiqsizdir. Ona görə də atılan addımlar yalnız teatr tamaşısıdır”.

Politoloq söyləyib ki, dünyada qlobal koronavirus pandemiyasına baxmayaraq işğalçı ölkə öz təxribat xarakterli əməllərindən yan keçmir: “Görünür pandemiya və digər təhlükələr Ermənistanın beyninə sığışmır. Onlar hətta insanların həyatlarını önəmli saymır, nəyin hesabına olursa olsun öz siyasi oyunlarını həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, bu, fanatizmdir. Çünki hazırki şəraitdə, təhlükəli məqamda “seçki”lər keçirmək tam mənada ruhi xəstəliyə bənzəyir. İşğalçı ölkədə xəstəlik simptomları koronavirusdan da güclü və təhlükəlidir”.

F. Sadıqov qeyd edib ki, Azərbaycanda dünyanı bürüyən qlobal pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, bu istqamətdə də addımlar atılır: “Azərbaycan ordusu ermənilərin bütün təxribatlarına artıqlaması ilə cavab verir. Biz heç kimi dilə tutmamalıyıq. Artıq dünya həqiqətləri görür və baş verənləri anlayır. ATƏT-in Minsk qrupunun həmsdərləri, eləcə də digər ölkələr, Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ tərəfindən “seçki”lərin tanınmaması bunun əsas sübutudur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə