Paytaxtda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, 10-GU-834 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil 90-HH-289 "Mercedes" markalı mikroavtobusla toqquşub. Toqquşma nəticəsində "Nissan" markalı avtomobil yerində iki dəfə dövrə vuraraq yolun qırağındakı səkiyə çırpılıb. Eyni zamanda toqquşma nəticəsində qadın avtomobilin arxa pəncərəsindən bayıra uçub. Hadisə nəticəsində "Nissan" markalı avtomobilin sürücüsü olan qadın ağır beyin və aşağı ətrafların sınığı diaqnozu ilə Təcili Tibbi Yardım maşını ilə 1 saylı Kliniki Tibbi Yardım stansiyansına aparılıb.
"Mercedes" markalı mikroavtobusun sürücüsü isə hadisənin "Nissan" markalı avtomobilin işıqforun qırmızı işığına məhəl qoymadan keçdiyinə görə baş verdiyini deyib. Hadisə şahidləri də deyilənləri təsdiqləyiblər.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə DYP xüsusi kamerası mövcuddur. Hazırda hadisə yerində DYP-nin əməkdaşları araşdırma aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB