Hacıkənddəki qaçqın ailələrinin məskunlaşacağı rayonlar dəqiqləşdirilib
Ölkə başçısının "Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət Proqramı"na uyğun olaraq Hacıkənd qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün Goranboy və Göygöl rayonlarında köçürüləcək. Bu qəbildən olan vətəndaşlar üçün adı çəkilən rayonlarda yeni evlərin inşası nəzərdə tutulub.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə nümayəndəsi Süleyman Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq işlərin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən rayon rəhbərlərinə rəsmi məktub ünvanlanıb. Bundan başqa inşa olunacaq mənzillər üçün torpaq sahələri də ayrılıb, yeni binaların layihəsi hazırlanır.
Gəncənin Hacıkənd qəsəbəsində 519 ailə, yəni 2595 nəfər məcburi köçkün yerləşdirilib. Onlar Xocalı və Kəlbəcər rayonlarının ermənilər tərəfindən işğalından sonra doğma yurdlarından didərgin düşən insanlardır. Tədbirlər planına əsasən Yuxarı Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan qaçqınlar Goranboy rayonuna, Aşağı Hacıkənddə məskunlaşan kəlbəcərli məcburi köçkünlər isə Göygöl rayonuna yerləşdiriləcək.
Mənzillər ailə tərkibinə görə veriləcək. Belə ki, bir evdə 2 ailə yaşayırsa ikinci ailəyə yeni mənzil veriləcək. Mənzillərin çoxmərtəbəli bina və ya həyətyanı sahə olacağı isə Komitə və Nazirlər Kabinetinin rəsmiləri tərəfindən qərarlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB