Ermənistan prezidenti Serj Sarkisyan Sloveniyanın paytaxtı Lyublyanada sloveniyalı həmkarı Danilo Turklə birlikdə keçirdiyi mətbuat konfransda Cənubi Qafqazda mövcud olan problemlərdən danışaraq Azərbaycandan şikayət edib. Öz ölkəsinin inkişafından ağız dolu danışan erməni diplomat qabaqlayıcı tədbir görmək üçün Azərbaycanın Ermənistanın Dağlıq Qarabağda işğal altında olan Xankəndində tikdiyi hava limanına enəcək təyyarələri məhv edəcəyi ilə bağlı verdiyi bəyanata toxunub.
Ölüm qorxusunu içində saxlaya bilməyən Sarkisyan hürsə də quyruğunu bulayıb: "Avropaya yoluna sadiqliyini elan edən qonşumuz Ermənistanın mülki təyyarələrini vurmaqla hədələyir, gündəlik hərbi bəyanatları ilə fəqlənir və Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həlli ilə təhdid edir".
Quyruğu qapı arasında qalan Sarkisyan verdiyi sözünü tuta bilməyəcəyinə görə hər səfərində bu məsələyə toxunur. O, Serbiyaya etdiyi səfərdə də bu məsələni qabartmışdı. Azərbaycandan qurtaran Rusiya marionetkası Türkiyədən danışıb: "Avropa Birliyinə qəbul olmaq istəyən başqa bir qonşumuz isə qəbul etdiyi beynəlxalq öhdəliklərə baxmayaraq Ermənistanla sərhədləri açmaq istəmir. Görəsən, bizim qonşularımız bilmirlərmi ki, azad hərəkət Avropa dəyərləri sistemində əsas yeri tutur? Eyni zamanda mən yenə də deyirəm ki, rəsmi Ankara "Sürix" protokollarını imzalamasa heç bir əməkdaşlıqdan söhbət açılmayacaq", - deyə Serj Sarkisyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB