Müsavat Partiyasının qərargahı qarşısında bir qrup gəncin piket-aksiyası başlayıb - ETİRAZ

Müsavat Partiyasının qərargahı qarşısında bir qrup gəncin piket-aksiyası başlayıb - ETİRAZ

Bu gün saat 12:00-da Müsavat Partiyasının qərargahı qarşısında bir qrup gənc piket-aksiya keçirməyə başlayıb. SİA-nın aksiya keçirilən yerdə olan müxbirinin verdiyi məlumata görə, bir qrup gənc Müsavat Partiyasının binası qarşısında keçirdikləri etiraz aksiyasında müxtəlif şüarlar səsləndiriblər. Onlar "Novbəti xaos planını ingilisdən aldınızmı?", "İndi 1992-ci il yox, 2011-ci ildir", "AXCP və Müsavat sizin hərəkətləriniz düşmənlərə xidmət edir" sözləri yazılmış plakatlar qaldırıblar. Piket-aksiyanın keçirildiyi ərazidə polislər olmayıb.

Aksiya keçirilən zaman Müsavat Partiyasının başqanı İsa Qəmbər qərargahın önündə avtomobilindən düşüb. Gərginlik bir az da artıb. Aksiya iştirakçıları onu satqınçılıqda, Azərbaycanın əlehinə fəaliyyətdə suçlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə