"Yoluxma sürətlənsə, bütün xəstələrin müalicəyə alınması imkansız ola bilər" AÇIQLAMA - ÖZƏL

"Ayrı-ayrı vətəndaşlar öz məsuliyyətlərini dərk etməsələr, karantin rejiminin tələblərinə əməl etməsələr, mövcud pandemiyaya qarşı əhəmiyyətli addımlar atmaq mümkün olmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki, dövlət öz üzərinə düşən addımları atır, hətta lazım olandan daha artığını edir.

Onun sözlərinə görə, lakin ayrı-ayrı şəxslərin davranışları, karantin rejiminin mahiyyətini dərk etməmləri, sərbəst gəzib- dolanmaları bütün cəmiyyət üçün problem yaradır: "Dövlətin atdığı addımlar, epidemiyanın geniş yayılmasının qarşısının alınması, sanki cəmiyyəti arxayınlaşdırdı. Hesab edirlər ki, əgər epidemiya geniş yayılmayıbsa, deməli bundan sonar da bir şey olmaz. Hansı ki, indiyədək vəziyyətin sabit qalması, yalnız və yalnız dövlətin operativ addımları ilə bağlı olub".

M.Ələsgərli qeyd edib ki, indi növbə cəmiyyətə çatıb: "Cəmiyyət ciddii, məsuliyyətli davranmalıdır ki, yoluxdurmanın dinamikası aşağı düşsün. Əks halda, fəlakətli hal yaşana bilər. Nəzərə almaq lazımdır ki, virusa yoluxmuş şəxslərin müalicəsi üçün lazım olan yerlər, tibbi-texniki avadanlıqlar və sair məhdudiyyətlidir, limitlidir. Əgər yoluxma halları sürətlənsə, yoluxanların sayı artsa, bütün xəstələrin müalicəyə alınması imkansız ola bilər. Bu artımın qarşısını almaq hər birimizdən asılıdır".

MŞ-nın sədr müavini vurğulayıb ki, Kütləvi İnformasiya Vasitələri, QHT-lər, ayrı-ayrı dövlət qurumları gecə gündüz məlumatlandırma işi aparırlar, izahat verirlər, amma yenə də bəzi şəxslər hələ də prosesi ciddiyə almırlar: "Məncə, belə şəxslərə qarşı inzibati tədbirlər görülməklə yanaşı, cəmiyyətin də qınağı artmalıdır. Cəmiyyət özü bu adamları ittiham etməli, təcrid etməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...