Azərbaycan diasporunun liderlərindən biri Türkiyə parlamentində deputatlığa namizəddir
Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan dərnəyinin başçısı, eyni zamanda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İğdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədidir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MHP bu qərarı ilə Sinan Oğanın İğdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olduğunu nümayiş etdirib.
Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, 2004-cü ildə Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi – TÜRKSAM-ın əsasını qoyub. Sinan Oğan 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlər və politologiya sahəsi üzrə doktor dərəcəsi alıb. Türkiyədə Azərbaycan diasporunun fəal üzvlərindən biri olan Sinan Oğan uzun illərdir ki, Azərbaycan dövləti və Azərbaycan xalqının maraqları uğrunda fəaliyyət göstərir. Bilavasitə onun iştirakı ilə Türkiyədə 20 yanvar, Xocalı soyqırımı, 1918-ci mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunmuş çoxlu sayda tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb. TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirib, bu tədbirlərdə müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri, dövlət və ictimai xadimləri, siyasi ekspert və tarixçilər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB