SAM-ın eksperti Rusiya Strateji Araşdırmalar İnstitutunda elmi tədqiqatlar aparacaq

SAM-ın eksperti Rusiya Strateji Araşdırmalar İnstitutunda elmi tədqiqatlar aparacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) məsləhətçi-eksperti Heydər Mirzə 2011-ci ilin aprel ayının 18-dən etibarən, iki həftə ərzində Rusiya Strateji Araşdırmalar İnstitutunda(RİSİ) qonaq elmi işçi qismində Şimali Qafqazda vəziyyət, Rusiya-Azərbaycan münasibətləri kontekstində Şimali Qafqazın problemləri mövzularında elmi tədqiqatlar aparmaq üçün aprelin 15-i Moskvaya yola düşəcək.

 

SAM-dan SİA-ya verilən xəbərə görə, Strateji Araşdırmalar Mərkəzi(SAM) və RİSİ arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan elmi işçilərin mübadiləsinə dair anlaşma cari ilin martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması zamanı əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə