Ermənistan parlamentindən vəziyyət nəzarətdən çıxıb HRAPARAK

Ermənistanın “Hraparak” nəşri yazır ki, mövcud hakimiyyət ölkədəki vəziyyəti nəzarət altında saxladığını göstərməyə cəhd etdiyi zamanda, eləcə də epidemioloji və profilaktik tədbirlərin keçirildiyini, müvafiq qurumların infeksiyanın yayılmaması üçün gecə və gündüz işlədiyini bəyan etdiyi halda hökumətin əsas qanadlarından hesab edilən parlamentdə nəzarətdən çıxmış vəziyyət hökm sürür.

“Deputatların çoxu iclaslara qoruyucu maskalar və əlcəklər olmadan qatılırlar. Hamı çıxış etmək üçün eyni mikrofona yaxınlaşır, halbuki o da infeksiya mənbəyi kimi yoluxdura bilər. Görünür, bunun səbəbi ya onların etinasızlığıdır, ya da onlar düşünürlər ki, qanları qırmızı rəngdədir – yalnız sadə vətəndaşlar yoluxa bilərlər, deputatıar isə yox... Ümumiyyətlə, koronavirus kimin itidir ki, bu kimi “ürəkli” oğlanlar ondan qorunsunlar”, deyə adıçəkilən erməni nəşri sözügedən vəziyyəti sərt şəkildə tənqid edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə