Tomas Hammarberq: “Dağlıq Qarabağ münaqişəsi siyasi və dinc yolla öz həllini tapa bilər”

Tomas Hammarberq: “Dağlıq Qarabağ münaqişəsi siyasi və dinc yolla öz həllini tapa bilər”

Dağlıq Qarabağ münaqişəsi siyasi və dinc yolla öz həllini tapa bilər. SİA-nın xəbərinə görə, bu sözləri Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq deyib. O, qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və bütün məsuliyyət ilk növbədə Minsk qrupunun üzərinə düşür: "Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə olunub. Ümüdvaram ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşqul ola biləcəyik".

 

AŞ-nın İnsan Hüquqları üzrə Komissarı son vaxtlar həmsədrlərin intensiv fəaliyyət göstərdiklərini deyib: "Amma münaqişənin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti, ilk növbədə, tərəflərin öz siyasi iradəsindən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə