"Koronavirusla mübarizədə dövlətimiz ciddi və məqsədyönlü iş ortaya qoyur” ÖZƏL-MÜNASİBƏT

"Dünyanın bir çox böyük və güclü ölkələrinin belə mübarizədə "sinifdə qaldığı" koronavirus pandemiyası ilə savaşda Azərbaycan dövləti həqiqətən ortaya olduqca ciddi və məqsədyönlü iş qoyur". Bunu SİA-ya açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında öncədən alınan qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar, həssas sosial qruplardan olan vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması və virusun iqtisadiyyatımıza olan mənfi təsirlərinin azaldılması üçün atılması nəzərdə tutulan addımlar həqiqətən təqdirəlayiqdir: "Allaha çox şükür ki, hələki bu dəhşətli virusdan ən az itki ilə çıxan ölkələrdənik. Ancaq bu prosesdə bəzi hadisələr və addımlar həqiqətən üzücü və xoşagəlməzdir. Bəzi rayon icra hakimiyyətləri başçılarının və bu sahəyə məsul olan bir sıra digər qurumların koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi tədbirlər "pokazuxa"lıqdan başqa bir şey deyil. Dezinfeksiya adı altında içinə müəyyən qədər xlor əlavə etdiyiniz suyu çaynikin lüləyindən axan formada yalnız rayonların mərkəzi ünvanlarına, gözləgörünən yerlərə səpməniz bu dəhşətli infeksiya ilə mübarizə adına rüsvayçılıqdır! Bəzi iş adamı maskası altında gizlənən, reallıqda isə gerçək adı işbaz olan şəxslərin bu həssas dönəmdə maska və spirtləri gizlədərək insanların sağlamlağını təhdid altında qoyması, vətəndaşı dövlətdən narazı salmaq cəhdləri isə əsl XƏYANƏTdir!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...