Təlim poliqonunda baş verən partlayış 4 hərbi qulluqçunun ölümü ilə nəticələnib

Təlim poliqonunda baş verən partlayış 4 hərbi qulluqçunun ölümü ilə nəticələnib

Rusiyanın Pskov vilayətində yerləşən poliqonların birində partlayış baş verib. SİA-nın xəbərinə görə, hadisə nəticəsində dörd əsgər həlak olub.

 

Rusiya KİV-nin yaydığı xəbərə görə, ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.

 

Partlayış yerli vaxtla saat 12:45-də təlim zamanı baş verib. Artilleriya qurğusunun alışaraq partlaması dörd hərbi qulluqçunun ölümü ilə nəticələnib. Bir nəfər isə ağır yaralanıb.

 

Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin komissiyası yerində təhqiqat başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə