"Tehrandakı “Taba” zavodunda nüvə yoxlaması aparmağa icazə verilməyəcək"

"Tehrandakı “Taba” zavodunda nüvə yoxlaması aparmağa icazə verilməyəcək"

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Sultaniyyə jurnalistlərə deyib ki, agentlik müfəttişlərinin Tehranın "Taba" zavodunda yoxlama aparmasına icazə verilməyəcək.

SİA-nın xəbərinə görə, İran hakimiyyətinin ən böyük müxalif qrupu sayılan Xalq Mücahidləri Təşkilatının sözçüləri Sona Səmsami və Əlirza Cəfərzadə aprelin 7-də Tehranın yaxınlığındakı "Taba" zavodunda uranın zənginləşdirilməsində istifadə edilən on minlərlə sentrifuqanın istehsal olunduğunu iddia ediblər.

Təşkilat sözçüləri İran hökumətinin son 5 ildə "Taba" zavodunda bu işlə gizli şəkildə məşğul olduğunu deyiblər.

Əli Əsğər Sultaniyyə deyib ki, sentrifuqa hissələrinin istehsalı ilə məşğul olan zavodların yoxlanmasına icazə vermək ölkələrin nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərinə şamil edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə