Putin növbəti prezident seçkisinə qatıla bilər

Putin növbəti prezident seçkisinə qatıla bilər
Rusiyanın Baş naziri Vladimir Putin 2012-ci ildə ölkədə prezident seçkisində iştirak etməsini istisna etməyib. SİA-nın xəbərinə görə, baş nazir bunu prezident Dmitri Medvedevin eyni açıqlama verməsindən sonra deyib. Bundan öncə həm Medvedev, həm Putin prezidentliyə kimin namizəd olacağı qərarını birlikdə verəcəklərini demişdilər. Lakin son açıqlamlar onların hər ikisinin ölkəyə rəhbərlik etmək üçün mübarizəyə qoşula biləcəyinə işarə kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə