Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanat yayıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, bəyanatda Aİ Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsindəki problemlərdən narahat olduğunu bildirib.
Bəyanatda qeyd olunub ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq, Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.
Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırıb.
Ölkədə bəzi radikal siyasi və dini qüvvələr tərəfindən süni iğtişaş yaradılmasına cəhd edənlərin müfafiə edilməsi Avropa İttifaqının öz üzvü olmayan ölkəyə qarşı nəzakətsiz diplomatiya yürütdünyü göstərir.
Belə hallara qarşı müvafiq dövlət qurumunun etirazını bildirməsinə ehtiyac var idi. Elə bununla bağlı aprelin 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı, səfir Rolan Kobia Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə" dair bəyanatı ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.
Qeyd olunub ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlara əsasında tərtib olunub, yerlərdə olan reallıqları əks etmədən qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam edir.
Aİ-nin bu diplomatik etikaya sığmayan hərəkətinə qarşı ölkə ictimaiyyəti və müxtəlif təşkilatlar öz etirazını bildirib. Azərbaycanın hakim partiyası da bəzi xarici səfirlikləri ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib: "Martın 12-də və aprelin 2-də göstərilən mitinq cəhdləri bir çox reallıqları ortaya qoydu. Bu reallıq da ondan ibarətdir ki, Azərbaycan vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı aksiyanı qətiyyətlə rədd edirlər".
Ə.Əhmədov bildirib ki, müxalifətin radikal qanadı Azərbaycan cəmiyyətinin onları dəstəkləmədiyini gördükdə, kənar qüvvələrə arxalanmağa başlayıb: "Həm martın 12-də, həm də aprelin 2-də aksiya keçirilməli olan küçələrdə ayrı-ayrı səfirliklərin çoxlu sayda nümayəndələrini müşahidə etmək olardı. Bir neçə gün əvvəl bir neçə ölkənin səfirliyinin nümayəndələrinin İctimai Palata deyilən qurumun rəhbərliyi ilə görüşməsi, onların tədbirində iştirak etməsi də ondan xəbər verir ki, mitinq cəhdlərində bulunanlar təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda ayrı-ayrı ölkələrin səfirlikləri və nümayəndəlikləridir".
Millət vəkilinin sözlərinə görə, müxalifət partiyaları bu faktı gizlətmək belə istəmir, bununla da, açıq etiraf edirlər ki, keçirdikləri hər bir tədbir Azərbaycandan kənar ayrı-ayrı qüvvələr tərəfindən istiqamətləndirilir, yəqin ki, həm də maliyyələşdirilir: "Güman edirəm ki, müxalifətin həmin radikal qanadının aprelin 16-na təyin etdiyi mitinqin vaxtını aprelin 17-nə dəyişdirilməsi də bu sifarişi verənlərin mitinqin vaxtı ilə bağlı mövqelərindəki dəyişikliklə əlaqədardır.
Mitinqin vaxtının dəyişdirilməsinin cavabını yəqin ki, mitinq cəhdlərindən sonra biləcəyik. Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri onların mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Mitinqlər, kütləvi aksiyalar və buna bənzər məsələlər Azərbaycan hakimiyyətinin, hökumətinin və cəmiyyətinin yalnız özünə məxsus olan hadisədir.
Ayrı-ayrı dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm. Həmin kənar qüvvələrin ölkənin daxilində mitinqlərin, kütləvi aksiyaların keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsi tamamilə yersiz sayılır. Hesab edirəm ki, Azərbaycan xalqı bu cəhdlərdə bulunan ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələrindən çox kəskin şəkildə belə hərəkətlərə son qoymağı tələb etməlidir".
Ümumiyyətlə, Avropa İttifaqı öz üzvü olmayan dövlətin işlərinə qarışa bilməz. Üstəlik, həmin ölkədə radikal siyasi və dini qüvvələrin xaos yaratmaq cəhdlərini dəstəkləməlidir. Başqa vaxt haqdan-ədalətdən danışırlar. Amma ikili standartdan əl çəkə bilmirlər.
Azərbaycanda əgər kütləvi xalq etirazı olsaydı və həmin etiraz hakimiyyət tərəfindən boğulsaydı, bəlkə də bu təşkilatı başa düşmək olardı. Amma fakt ortadadır ki, 5-10 gənci qızışdırıb ortaya çıxaran müxalifətə xalq heç bir dəstək vermir. Kütləvi narazılıq da yoxdur. O zaman nə deyib bizim ölkənin daxili işinə burnunu soxurlar?
ATƏT-in, Aİ-nin, AŞ-ın mövqeyini, yanaşmasını görmüşük. 20 ildir Ermənistanın terroruna, işğalına, soyqırımına göz yumurlar, indi birdən yadlarına Azərbaycan xalqı düşdü? Azərbaycanlıların dərdini çəkndirlərsə, onda bir zəhmət bu rüsvayçılığa son qoyub, Ermənistana layiqli qiyməti verməlidirlər.
Ölkədə çaxnaşma yaratmaq istəyənlərin bir qrupu şəriət dövləti yaratmaq istəyir ki, bu da Avropanın dünyəvi dövlət siyasətinə uyğun deyil. O biri qrupu da hansı ölkəyə desən işləyir. O zaman hansı prinsiplə bü destruktiv qüvvələri dəstəkləyirlər?
Hazırda Azərbaycanda xalqla hakimiyyət arasında birlik var. Olmasaydı, mitinqlərə yüz minlərlə vətəndaş çıxardı. Ya da, yarım milyon üzv YAP-a yox, radikal müxalifət partiyalarının sıralarına daxil olardı. Xalq isə öz mövqeyini ortaya qoydu, beş-on üzvü qalmışdı bu partiyaların, onlar da istefa verib çıxırlar.
Göründüyü kimi, Azərbaycanda mövcud situasiya vətəndaşların hazırki hakimiyyəti və ölkə prezidentini dəstəklədiyini ortaya qoyur. Bunu beynəlxalq təşkilatların sorğuları da göstərir. Azərbaycan ərəb ölkəsi deyil ki, xalqın avamlığından yararlanıb, ölkədə xaos, vətəndaş müharibəsi yaradasan, sonra da öz iqtisadi maraqlarını təmin edəsən. Bura Azərbaycandır, bu ölkədə Avropanı da Amerikanı da yaxşı tanıyırlar. Yaxşısı budur, siz Ermənistanı əhliləşdirməklə məşğul olun. Biz öz ölkəmizi və dövlətimizi lazimı səviyyədə idarə edə bilirik. O üzdən pardon müsyö, bu dəfə və burada alınmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB